Azərbaycanİran

“Heç nə bizi susdurmayacaq” – Dünyada İranla bağlı YAZILANLAR

Dünyada bir sıra tanınmış şəxslər İranla bağlı sosial şəbəkələrdə maraqlı paylaşımlar ediblər.

Kanada İcmalar Palatasının üzvü Məcid Cövhəri: “Kanada, Almaniya və İtaliyadan olan parlamentarilər olaraq bütün səylərmizi birləşdirərək Armita Abbasinin həbsdən dərhal azad edilməsini tələb edirik. 29 yanvar 2023-cü il tarixində onun məhkəməsi keçiriləcək. Biz onun səsi olacağıq və qoy rejim bilsin ki, biz onu izləyirik. Armita Abbasi azad olana qədər susmayacağıq”.

Almaniya Bundestaqının üzvü Ye-One-Ri: “Lars Klinqbeyl və Almaniya Sosial Demokrat Partiyası açıq şəkildə öz mövqelərini ortaya qoyaraq İran xalqı ilə həmrəylik nümayiş etdirirlər. Ümid edirəm ki, bu, digər siyasətçiləri, partiyaları və hökumətləri SEPAH terrorçularına münasibətdə daha qətiyyətli olmağa təşviq edəcək”.

İran əsilli britaniyalı aktrisa Nazənin Boniadi: “Armita Abbasinin saxta məhkəməsi sabah keçiriləcək. O, heç bir cinayət törətməyib və ağlasığmaz təhqirlərə məruz qalıb. Xahiş edirəm, məsələni işıqlandırmağa davam edin”.

İran əsilli amerikalı aktrisa Sepide Moafi: “İslam Respublikasının bəşəriyyətə qarşı cinayətlərinin İran ərazisi ilə məhdudlaşdığını düşünürsünüzsə, o zaman Əlinecad Məsih bu terrorçuların əlinin çox uzaqlara çatmasının canlı sübutudur. Onlar həmişə var. Heç nə onu susdurmayacaq; heç nə bizi susdurmayacaq. İran inqilabının qarşısını heç nə ala bilməyəcək”.

“Nüvə İranına Qarşı Birlik” qeyri-hökumət təşkilatının əməkdaşı Ceyson Brodski: “İrandakı rejim başqa ölkələrin vətəndaşlarından əlavə, Fransann 7 vətəndaşını girov saxlayır. Lakin Avropadakı bir dənə də İran diplomatı arzuolunmaz şəxs elan edilməyib. Bunu dəyişmək lazımdır”.

“The Kyiv Post” qəzetinin xüsusi müxbiri Ceyson Cey Smart: “İrana qarşı hücumlar edilir. Bir sıra silah/dron zavodlarına zərbələr endirilib. İrandakı “Telegram” kanalları İsrail Hərbi Hava Qüvvələrinin İranın bir çox şəhərlərində göründüyünü bildirir. Deyəsən, Rusiyanın Ukraynaya hücumda əsas dron tədarükçüsü olan İranın bu fəaliyyətinə birdəfəlik son qoyulur”.

“The Independent” qəzetinin müxbiri Borzu Daraqahi: “Xarici düşmən güclər necəsə dronları sərhəddən keçirməyə və onlardan olduqca həssas bir əraziyə hücum etmək üçün istifadə etməyə müvəffəq olublar. SEPAH-ın onsuz da bərbad olan səriştəsiz nüfuzu bir az da zədələndi. Silahsız yeniyetmələri öldürməyi yaxşı bacarır, amma ölkəni qorumaqda bacarıqsızdır”.

Polşalı jurnalist Vitold Repetoviç: “İrana PUA ilə hücumun Azərbaycan ərazisindən həyata keçirildiyi öz təsdiqini tapsa, bu hücum Azərbaycanın Tehrandakı səfirliyində baş vermiş insidentlə bağlı olacaq. İran Rusiya ilə əməkdaşlıq edərək öz ayağından vurdu, amma görək bundan sonra nə olacaq”.(Ednews)

Oğuz Ayvaz 

Related Articles

Bir cavab yazın

Back to top button