İran

61 iqtisadçı xəbərdarlıq etdi: “İran üçrəqəmli inflyasiyanın astanasındadır”

İranın islahatçı cərəyanına bağlılığı ilə tanınan nüfuzlu “Etimad” qəzetinin yazdığına görə, 61 iqtisadi şərhçi İranın 3 rəqəmli inflyasiya ərəfəsində olduğunu deyib və ölkənin iqtisadi durumunun partlayış mərhələsində olduğu barədə xəbərdarlıq ediblər.

Onlar İran xalqına ünvanladıqları açıq məktubda ölkənin iqtisadi və sosial vəziyyətinə və iqtisadi cərrahiyyə siyasətinə münasibət bildirib və bugünkü iqtisadi problemlərin kökünün qeyri-iqtisadi amillərdə olduğunu bildiriblər.

Bəyanatı imzalayanlar bildirirlər ki, yeni günəş ilinin başlamasından bu yana sosial xaos, vətəndaşların dolanışıq problemləri, iş və gəlir yerlərinin bağlanmasından nigəranlıq prosesi partlayış səviyyəsinə çatıb. Onların fikrincə, “iqtisadi cərrahiyyə” adlandırılan proses valyuta məzənnələrinin artması, çoxsaylı şoklar və iqtisadi qeyri-sabitliyin artmasıdır.

İqtisadçılar hazırkı prosesin ölkəni daha dərin iqtisadi böhranla üz-üzə qoya, inflyasiya və bahalığın qarşısı alınmaz səviyyədə artmasına səbəb olacaq.

Qeyd edək ki, Tehran hökuməti özəlliklə son aylar İranda baş verən bahalıq, inflyasiya və ərzaq qıtlığının yaranmasını “iqtisadi cərrahiyyə” əməliyyatı adlandırır.

Related Articles

Bir cavab yazın

Back to top button