İran

İranda bəhai dini azlığına qarşı nifrət yayan festival keçirilib

İranda dini azlıq olan bəhai təriqətinə qarşı dini düşmənçilik və nifrət aşılayan festival keçirilib.

İranda dini azlıq olan bəhai təriqətinə qarşı dini düşmənçilik və nifrət aşılayan festival keçirilib.

“Aznews tv” xəbər verir ki, üç gün davam edən festival İran hökumətinin propaqanda qurumlarından olan Əlborz vilayətinin İslam Təbliğatı İdarəsi və Qum elmi hövzəsinin (dini mədrəsə) təbliğat şöbəsi tərəfindən təşkil edilib.

Sepaha bağlı olan “Fars” xəbər agentliyinin yaydığı məlumata görə, “bəhailik, xəyanət dairəsi” adı altında keçirilən tədbirdə bəhailər əleyhinə poster və ya karikatura çəkən 6 nəfər “üstün şəxslər” qismində mükafatlandırılıblar.

Məsələyə münasibət bildirən Londonda yerləşən “Ümumdünya Bəhai Cəmiyyəti”nin sözçüsü Pədide Sabeti bildirib ki, nifrət düşüncələri yaymaq İran hökumətinin bəhailəri bədnam göstərmək üçün sistematik olaraq istifadə etdiyi metodlardan biridir.

Qeyd edək ki, İran hökuməti bəhai təriqətini tanımır. Buna görə də ötən illər ərzində yüzlərlə bəhai vətəndaş edam edilib, tutulub, təhsildən və dövlət işində işləməkdən, ticarətlə məşğul olmaqdan və digər təməl hüquqlardan məhrum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button