Azərbaycanİran

Qumda məktəbli qızların zəhərlənməsi hadisəsinin PƏRDƏARXASI MƏQAMLARI – Ekspetlərin ŞƏRHİNDƏ

“İranda məktəbli qızların zəhərlənməsi son dövrlər ciddi bir ictimai səhiyyə probleminə çevrilib”.

Bunu Ednews-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.
Onun sözlərinə görə, İranda baş verən zəhərlənmə hadisəsi ilə bağlı müxtəlif məqamlar var.
“Mövcud hakimiyyətin bu məsələdə əlinin olması başlıca variantlardan biridir. Bəzi zərərçəkənlər iddia edirlər ki, bu hadisəni İran Daxili İşlər naziri Əhməd Vəhidinin dəstəsi törədib. Çünki, əvvələrdə o, müxtəlif terror hadisələrində iştirak edib. Törətdiyi terorlardan  biri Argentinada 1994-cü ildə Buenos-Ayresdə yəhudi mərkəzinin partladılması iştirakı ilə olduğu deyilir. Digər bir tərəfdən isə ehtimal olunur ki, İran hakimiyyəti ölkədə qızların, qadınların aksiyada olan fəallığını azaltmaq üçün belə bir addım atıb. Bununla da ölkədə qorxu yaratmaq istəyir və cəmiyyət üzərində gücünü belə göstərir. İran hakimiyyəti zərif cinsin nümayəndəsinə yüngül terror aktı tətbiq etməklə vəziyyətdən çıxış yolu tapmağa çalışır”.
 Siyasi şərhçi qeyd edib ki, İranda qızların, qadınların zəhərələnməsi ilk deyil.
“Əvvəllər qadınların, qızların  üstünə sulfat turşusu atırdılar. Bütün hallarda bu hadisələrdə istər xarici qüvvələrin, istərsə də daxili qüvvələrin  rolu olsa da məsuliyyəti Tehran hakimiyyəti daşıyır. Çünki, ölkədə vətəndaşın təhlükəziliyi təmin edilməlidir. Hakimiyyət bunu təmin etmirsə, bu zəifliyin göstəricidir. Vətəndaşın təhlükəsizliyini təmin edə bilməyən hakimiyyət devrilməlidir”.
Mövzu ilə bağlı İranşünas Elyar Kamrani bildirib ki, 3 aya yaxındır ki, məktəblərdə çox sayda qız zəhərlənib:
“İran rəsmiləri isə bunun hansı səbəbdən olduğunu hələ də açıqlamır. Son olaraq bunu İsrail ilə əlaqələndirilər. Bu günə kimi açıqlama verməmələri onu göstərir ki, bu hakimiyyətin öz oynudur. Məktəbli qızların zəhərləməsində səbəb kimi onların intihar etməsi göstərilir. Məktəb direktorları, müəllimləri məktəbin qapılarını bağlı saxlayırlar. Belə zəhərlənmələrin olduğunu təkzib edirlər. Lakin 2-3 saat sonra həmin məktəblərdən neçə qız xəstəxanalara göndərildiyinə şahid oluruq. İran hakimiyyətinin bunu etməkdə iki məqsədi var. Biri qızlar məktəbə getməsin, təhsil almasının qarşısını almaq. Digəri istəyi isə ölkəyə qorxu salmaqdır. Bu hakimiyyət illər boyu bioterror işləri ilə məşğuldur. Xarici ölkələrin belə işdə əli olduğuna inanmıram. Bu məsələdə birbaşa İran hakimiyyətin rolu var. Bütün bunlar İran hakimiyyətinin öz oynudur”.
Qeyd edək ki, kütləvi zəhərlənmələrlə bağlı İran səhiyyə nazirinin müavini Yunis Pənahi bildirib ki, Qum şəhərində məktəbli qızları təhsildən yayındırmaq üçün qəsdən zəhərləyirlər.
Onun sözlərinə görə, Qumdakı məktəblərdə kimyəvi maddələrlə kütləvi zəhərlənmə törədilir. Səbəbi isə bəzi insanlar məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını istəyirlər.
Aysel Şahmar

Related Articles

Bir cavab yazın

Back to top button