Dünya

Ned Prays mətbuat katibi vəzifəsindən gedir

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bu ilin martında vəzifəsini tərk edəcək.

Bu barədə “NBC News” məlumat yayıb.

Məlumata görə, o, daha məsul vəzifəyə keçəcək. Praysın yeni siyasi fəaliyyətini ABŞ dövlət katibi Entoni Blinkenlə sıx təmasda həyata keçirəcəyi bildirilir.

Qeyd edək ki, Ned Prays ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyasında Mərkəzi Kəşfiyyat İdarəsində, eləcə də Milli Təhlükəsizlik Şurasında çalışıb. (azpost)

Related Articles

Bir cavab yazın

Back to top button