BölgəDünya

Ukrayna Belarusla vizasız rejimi ləğv etməyə hazırlaşır- Zelenski göstəriş verdi

Ukrayna prezidenti Vladimir Zelenski Belarusla vizasız rejimin ləğvi ilə bağlı petisiyaya cavab verib və hökumətə bu məsələyə baxmağı tapşırıb.

Bu barədə TASS Ukrayna prezidentinin saytında dərc olunmuş məlumata istinadən yazıb.

Elektron formada olan petisiyanı 25 339 vətəndaş dəstəkləyib. Tələb olunan imza sayı 25 000 idi.

Ukrayna lideri qeyd edib ki, hazırda dövlətlər arasında sərhəddə yalnız bir keçid məntəqəsi var.

Bu da Volın vilayətində Belarusdan qayıdan ukraynalıların keçidi üçün məhdud rejimdə fəaliyyət göstərən məntəqədir. (azpost.info)

Related Articles

Bir cavab yazın

Back to top button