
Qadın bildirib ki, əri İran və İsveç arasında məhbus mübadiləsi siyahısına daxil edilmədiyi üçün iyunun 26-dan aclıq aksiyası keçirir. Bu səbəbdən kişinin səhhətinin ciddi təhlükə altında olduğu bildirilib.
Əhmədrza Cəlali 2016-cı ildə İranda keçirilən akademik konfransda iştirak etdikdən sonra “İsrailin xeyrinə casusluq” ittihamı ilə həbs edilib. O, 2017-ci ildə İran Ali Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib.