Site icon Aznews TV

Əfqanıstanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi qaçırılıb

Əfqanıstanın mərkəzindəki Vardak vilayətində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşı naməlum şəxslər tərəfindən qaçırılıb.

Bu barədə “Ariana News” telekanalı BQXK-ya istinadən xəbər verib.

Məlumata görə, şənbə günü girov götürülən əməkdaşın sərbəst buraxılması üçün danışıqlar aparılır.

Qeyd edək ki, hələ ki, ölkədə fəaliyyət göstərən qrupların heç biri BQXK-nin nümayəndəsini qaçırdıqlarını elan etməyib.

Exit mobile version