
Bu barədə Əfqanıstan mənbələrinə istinadən Müasir Əfqanıstanın Tədqiqi Mərkəzinin (CISA) eksperti Serenko məlumat verib. Qeyd olunur ki, bu əyalətlərdə Bəluc yarımhərbiləşdirilmiş “Ceyş əl-Ədl” qrupunun tərəfdarları olan 5 minə qədər silahlı var. “Layihənin” məqsədi “Tehranı Rusiya Federasiyası və Hizbullahı dəstəkləməkdən yayındırmaqdır”.
“İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin ərazisini işğal etməyə hazırlaşan cihadçı qruplar İslam Respublikasının daxili siyasi problemlərini gərginləşdirməlidir”, – Serenko bildirib.