
Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində “Taliban” radikal hərəkatının yaraqlıları altı polis əməkdaşını qətlə yetirib.
Bu barədə “RİA Novosti” yerli mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, yerli polis qüvvələri Batikot bölgəsində “Taliban” tərəfindən pusquya salınıb. Nəticədə komandir də daxil olmaqla altı polis əməkdaşı öldürülüb, dörd nəfər isə yaralanıb.