Dünya

Əfqanıstanda Taliban hücumu zamanı 25 nəfər ölüb

Ötən gecə Əfqanıstanın Bağlan əyalətinin Nəhrin şəhərində “Taliban”ın hökumətyönlü qüvvələrə hücumu nəticəsində azı 25 nəfər ölüb.

Aznews.tv xəbər verir ki, bir neçə saat davam edən atışmada azı 8 əsgərin də yaralandığı bildirilib.

“Taliban” bu hadisədə iştirak etdiyini açıqlamasa da, son vaxtlar hərəkatın təhlükəsizlik qüvvələrinə qarşı fəallaşması gözə dəyir.

Qeyd edək ki, bu gün Dohada ABŞ ilə “Taliban” arasında sülh danışıqlarının növbəti mərhələsi başlayır.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button