Site icon Aznews TV

Əhər kəndlərində su çatışmazlığı yaşanır

Şərqi Azərbaycanın Su və Kanalizasiya İdarəsinin başçısı Məhəmməd Xani mediaya verdiyi açıqlamada əyalətin Əhər şəhərinin kəndlərində su çatışmazlığı barədə danışıb.

O, Şərqi Azərbaycanda 700 kəndin əhalisinin su çatışmazlığından əziyyət çəkdiyini, hazırda Əhər şəhərinin 24 kəndində isə su qıtlığının böhran səviyyəsinə çatdığını deyib.

Məhəmməd Xani Şərqi Azərbaycan bölgələrinndə kəndlərin 40%-nin içməli su çatışmazlığına görə təhlükəli qırmızı vəziyyətə olduqlarını bildirib.

Exit mobile version