Site icon Aznews TV

Əhvaz zindanında iki ərəb məhkum edam edilib

İran İnsan Haqları Təşkilatının yaydığı məlumata görə, iyunun 7-də Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində iki ərəb məhkum Macid Əmuri və Qədir Nasiri edam edilib.

Macid Əmurinin 2018-ci ildə qardaşının həbsinə etiraz edərək polis məmurları ilə silahlə qarşıdurmada polis zabitini öldürdüyünə görə edama məhkum edilmişdi.

Qədir Nasiri isə 2016-cı ildə polis qüvvələrinin onu həbs etmək üçün evinə basqın etdiyi zaman baş verən silahlı toqquşmada iki polis məmurunun ölümündə günahlandırılırdı.

Exit mobile version