Site icon Aznews TV

Əks-hücum uğurlu olsa, Putin buna əl atacaq…

Bu barədə “Nyu York Tayms” nəşri Qərb mənbələrinə istinadla yazıb.

“Qərb rəsmiləri etiraf edirlər ki, indiki əks-hücumla rusları bütün Ukrayna ərazisindən qovmaq inandırıcı deyil. Bununla belə, əks-hücum iki uğur ortaya çıxara bilər: Ukrayna ordusu əvvəllər ruslar tərəfindən işğal edilmiş ərazilərin əsas ərazilərini geri alır və vurulan zərbə nəticəsində Kreml Ukraynaya qarşı növbəti müharibə perspektivinə şübhə ilə yanaşır”, – nəşr bildirib.

Qəzet onu da qeyd edib ki, Zaporojye AES-in azad edilməsi Ukrayna üçün həm simvolik, həm də strateji qələbə olacaq:

“Ukrayna üçün rusların hərbi logistikasını asanlaşdıran Krıma quru yolunu kəsmək vacibdir. Bu, yarımadadakı Rusiya hərbi obyektlərini təhdid etməyə və oradakı qoşunların təchizatını pozmağa imkan verəcək”.

Exit mobile version