Site icon Aznews TV

“Əl-Ərəbiyyə”: “Tehran Cənubi Qafqaz böhranına müdaxilə edir” 

Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Azərbaycan Respublikası ilə sərhəddə, Araz sahilində keçirdiyi hərbi təlimdən sonra Ermənistana səfər edib.

Bu barədə oktyabrın 20-də xəbər yayan SEPAH-a bağlı “Fars” xəbər ajansı yazıb ki, Əmir Abdullahiyan Azərbaycan-Ermənistan sərhəddinə yaxın bölgədə yerləşən Qafan şəhərində İranın baş konsulluğunu açmaq üçün bu ölkəyə səfər edib.

İranın Ermənistan ərazisində və mübahisəli bölgədə yeni baş konsulluq açması, bu ölkənin əvvəllər Azərbaycan Respublikası və Türkiyəni Ermənistanla quru sərhədinin saxlanmasının Tehranın “qırmızı xətti” olduğunu yenidən vurğulaması ilə eyni vaxta təsadüf edir.

“Əl-Ərəbiyyə” xəbər ajansı İranın bu addımını, Araz qırağında hərbi təlimlər keçirməsini, Ukraynaya qarşı müharibədə Rusiya ilə əlbir olmasını həm də rejimin daxildə baş verən və hakimiyyətin devrilməsi təhlükəsini reallaşdıran böhrandan diqqəti yayındırmaq cəhdi kimi qiymətləndirir.

Exit mobile version