Site icon Aznews TV

Əli və Riza Vaseqi qardaşlarının həbs müddəti bəlli oldu

Ərdəbil sakinləri milli mədəni fəallar Əli Vaseqiyə 3 il, Rza Vaseqiyə isə 2 il həbs cəzası verilib. Bu barədə məhkəmə hökmü fəallara ötən gün şifahi şəkildə bildirilib. Qeyd edək ki, Əli və Riza Vaseqinin məhkəməsi mordadın 20-də Ərdəbil İnqilab Məhkəməsinin 1 saylı şöbəsində keçirilib. Məhkəmə qazisi Məhdəviradın rəisliyi ilə keçirilən cələsədə Vaseqi qardaşları “şəbnamələr yaymaqla milli əmniyətə qarşı cürm törətməkdə əlbir olmaq” və “nizama qarşı təbliğat aparmaq”da ittiham olunub. Fəalların sözlərinə görə, məhkəmə hökmünün çıxarılmasına bir neçə əsaslar gətirilib. Onlardan biri fəalların əmniyət qüvvələrinin döyməsi ilə bədənlərində yaranan izləri ictimai şəbəkələrdə yaymalarıdır. Habelə Riza Vaseqinin teleqram hesabında “Yaşasın azadlıq üçün çalışan qəhrəmanlar” cümləsini yazması səbəb kimi qeyd olunub.

Exit mobile version