
Məqalənin bir hissəsində açıq şəkildə enerji ötürülməsi xətlərində təxribat törədilməsi ehtimalından danışılır. “Asiyada bu yazıda qeyd etdiyimiz başqa bir strateji marşrut var ki, o da Bakı-Tbilisi-Ceyhan dəhlizidir. Bu dəhlizin pozulması sionist rejimin bütün iqtisadiyyatında böhrana səbəb ola bilər”.-deyə yazıda qeyd edilib.
İran İslam Respublikası region ölkələrini təxribat və sabitliyi pozan tədbirlərlə hədələdiyi halda, HƏMAS qruplaşmasına dəstək vermək üçün heç bir səmərəli addım atmayıb və təbliğat tədbirlərindən kənara çıxmayıb.
Maraqlıdır ki, İran İslam Respublikası heç bir terror aktında qərb ölkələrinin bir vətəndaşına belə zərər verməyib və yalnız qonşu ölkələrin müsəlman vətəndaşlarını və ya öz vətəndaşlarını öldürüb və ya yaralayıb.
Təhlilçilər vurğulayırlar ki, beynəlxalq sistemə qarşı bu cür qeyri-adi və normalara qarşı təhdidlər aslində göstərir ki, İranda hökmran olan rejim adi bir dövlət olmayıb, özünü heç bir beynəlxalq qanuna bağlı hesab etməyən mafioz-terrorçu sistemdir.