Site icon Aznews TV

Əlirza Fərşinin məzuniyyət müddəti yenidən uzadılıb

Bu barədə siyasi məhbus Əlirza Fərşi fevralın 9-da özünün sosial media hesabında yazıb.

O, əməliyyatdan sonra müalicə prosesinin davam etdirilməsi üçün məzuniyyət müddətinin daha bir həftə uzadılması barədə qərarın Baharistan şəhərinin Ümumi və İnqilab Məhkəməsinin Qərarların İcrası İdarəsinin 2-ci bölməsinin hakimi Vəliullah Heydərnejad tərəfindən verildiyini bildirib.

Milli fəal yanvarın 27-də elektron qandalla Tehranın “Bina” xəstəxanasına yerləşdirilib və  gözündən əməliyyat (Kornea transplantasiyası) edilib.

Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

Exit mobile version