Site icon Aznews TV

Əliyev-Şolts-Paşinyan görüşündə müəmma… – Petrosyan

Bu barədə Ermənistanda ədliyyə general-mayoru olan Tatul Petrosyan deyib.

T.Petrosyan bildirib ki, Ermənistan artıq uçurumdadır.

“Növbə Ermənistana çatıb. Artıq anklavlardan danışırlar. Azərbaycan kəndləri adlandırdıqları 4 kəndin qaytarılmasından bəhs edirlər, daha sonra 4 anklav kəndi də qaytaracaqlar. Paşinyan bu 8 kəndi mütləq Azərbaycana təhvil verəcək. Yeni vədlər isə dəhlizlə bağlıdır. Əliyev tələb edir ki, ona dəhliz Mehridən lazımdır, Sisyandan yox. Çünki qışda Sisyanın yolları keçilməz olur”, – erməni general bildirib.

T.Petrosyan qeyd edib ki, Paşinyan Rusiya hərbi bazasını və sərhədçilərini də Ermənistandan çıxarmağa hazırlaşır:

“Yeni konstitusiya layihəsində bu məsələ öz əksini tapacaq. Bu gün Ermənistan və Türkiyə sərhədini Rusiya qoşunları qoruyur. Bizim Türkiyə ilə heç bir demarkasiya və delimitasiyamız yoxdur. Sovet İttifaqı da çoxdan yoxa çıxıb. Əgər Rusiya qoşunları çıxarsa, Türkiyə də Ermənistandan öz payını qoparacaq”.

Exit mobile version