Site icon Aznews TV

Ərəb Liqası İranın İraqa raket hücumuna görə bəyanat yaydı

Bu barədə Ərəb Liqası Şurasının fövqəladə iclasının yekunları üzrə qəbul edilmiş bəyanatda bildirilib.

Təşkilat yekun qətnaməsində sözügedən hücum və onun nəticələrinə görə tam məsuliyyəti Tehranın üzərinə qoyub və belə hərəkətlərin bir daha təkrar olunacağı təqdirdə bütün regionda sülh və təhlükəsizliyi sarsıdacaq son dərəcə təhlükəli presedent adlandırıb.

Ərbilə hücumun özü Ərəb Liqasında “İraqın suverenliyinə qarşı açıq təcavüz” və “yaxşı qonşuluq və beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması” kimi qiymətləndirilib.

İclas iştirakçıları İraqın ərazi bütövlüyünü müdafiə etmək və bu cür hərəkətlərə cavab vermək üçün “beynəlxalq hüquqla tənzimlənən bütün diplomatik və hüquqi vasitələrdən istifadə etmək” hüququnu tanıyıblar.

Qeyd edək ki, yanvarın 15-də İran qüvvələri İraqın şimalında yerləşən Ərbil şəhərinə hava zərbələri endirib, nəticədə 5 mülki şəxs ölüb, 6 nəfər yaralanıb.

Exit mobile version