Site icon Aznews TV

Ərəb ölkələri İsrail-HƏMAS münaqişəsinin həlli üçün plan təqdim edəcək

Aznewstv xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yüksək rütbəli ərəb məmuruna istinadən yazıb.

Məmurun sözlərinə görə, ərəb ölkələrinin bir neçə həftə ərzində təqdim etmək niyyətində olduğu plan təkcə İsraillə HƏMAS arasında gərginliyin azaldılmasını deyil, həm də Yaxın Şərqdə daha qlobal münaqişənin qarşısının alınmasını nəzərdə tutur.

Nəşr qeyd edib ki, bu təşəbbüs həm də Fələstin dövlətinin tanınması və ya BMT-yə tam üzvlüyünün verilməsi üçün Qərb ölkələrinin razılığını almağı nəzərdə tutur. Ərəb rəsmiləri artıq planı ABŞ və Avropa ölkələri ilə müzakirə ediblər.

Exit mobile version