Dünya

Almaniyadan sığınacaq istəyən ermənilərin sayı artıb

Koronavirus pandemiyası dövründə Almaniyadan sığınacaq istəyən Ermənistan vətəndaşlarının sayı artıb. Belə ki, təkcə keçən ay 120 nəfər koronavirus pandemiyası ilə əlaqədar Almaniyaya gəlmədən bu ölkənin Ermənistandakı səfirliyinə müraciət ediblər.
Həmin göstərici bu ilin sentyabrında 113 nəfər olaraq qeydə alınıb. Onların əksəriyyəti ailə birləşməsi proseduru üçün müraciət edənlər olublar. Son iki ildə isə 17 min erməni Ermənistan vətənşdaşlığından imtina edib. Nəticədə onlar Fransa, Almaniya, Amerika, İngiltərə, Niderland Krallığı və s. dövlətlərin vətəndaşlığını qəbul ediblər.
Qeyd edək ki, hazırda Almaniyada 300 mindən çox erməninin yaşadığı deyilir. Onlar əsasən Köln, Hamburq, Berlin və Münhendə kompakt şəkildə məskunlaşıblar.

Related Articles

Bir cavab yazın

Back to top button