Site icon Aznews TV

Ərəbistan Xaməneyinin nümayəndəsinə viza vermədi

İranın yarım rəsmi “İRNA” xəbər agentliyi yaydıqdan bir saat sonra sildiyi xəbərdə Səudi Ərəbistanın Əli Xaməneyinin Həcc və Ziyarət məsələləri üzrə nümayəndəsi və iranlı zəvvarların rəhbəri Əbdülfəttah Nəbəviyə viza vermədiyini bildirib.

Agentlik Səudi ərəbistanı tənqid edərək, rəsmi Əl-Riyadın zəvvarlar üçün yaş həddi təyin etməsinin düzgün olmadığını iddia edib.

Bundan öncə Səudi Ərəbistan Məkkəyə ziyarət üçün gedənlərə yaş həddi təyin edərək yaşı 65 yaşdan yuxarı olanlara viza verilməyəcəyi barədə məlumat yaymışdı.

Exit mobile version