Site icon Aznews TV

Ərdəbil və Zənganda etiraz aksiyası keçirilib

Martın 8-i Təbrizdə Şərqi Azərbaycan əyalətinin Telekommunikasiya Şirkətinin təqaüdçülərinin etiraz əyləmindən sonra Ərdəbil və Zəngan əyalətlərinin Telekommunikasiya Şirkətinin təqaüdçüləridə etiraz aksiyası keçiriblər.

Onlar bir neçə il öncədən yığılıb qalan ödənişlərin şirkət tərəfindən verilmədiyini, onsuzda az olan təqüdlərinin ödənişinin və qanunla nəzərdə tutulan başqa ödənişlərin verilməməsi üçün şirkət rəhbərliyinin müxtəlif bəhanələr uydurduğuna etiraz ediblər.

Zəngan əyalətinin “Telekommunikasiya Təqaüdçüləri Birliyi”nin başçısı Müctəba Kərimiyan istəklərinə müsbət cavab verilməyəcəyi və yığılıb qalan təqüdlərinin ödənilməyəcəyi təqdirdə hər həftə davamlı aksiya keçirəcəklərini bildirib.

 

Exit mobile version