Bölgəİqtisadiyyatİran

Ərdəbildə 148 milyard tümən dəyərində korrupsiya faktı aşkarlanıb

Ərdəbil vilayətinin Ədliyyə orqanının rəisi mineral suların qablarının satışı prosesində 148 milyard tümən dəyərində iqtisadi korrupsiyaya yol vermiş bir nəfərin həbs edildiyi haqda məlumat verib.

Aznews.tv xəbər verir ki, Nasir Ətəbati 2018-ci ildə mineral suyun qiymətinin artmasının həmin korrupsiya faktı ilə əlaqədar olduğunu bildirib. Ərdəbil Ədliyyə orqanının rəisi mineral suların qablarının xammalının qara bazara çıxıldığını deyib.

İLNA Agentliyinin yaydığı məlumata görə, vəziyyətin davam etməsilə iqtisadi korrupsiyanın olduğu ortaya çıxıb.

Məlumata görə, mineral suların qablarında istifadə edilən xammalın Ərdəbilə gətirilməsi ilə əldaqədar yük sənədi verilib, lakin yüklər təyinata çatdırılmayıb. İttilaat İdarəsinin apardığı təhqiqat nəticəsində məsələ ilə bağlı 148 milyard tümən miqdarında korrupsiya halına yol verdildiyi məlum olub.

Keçən il 200 milyard tümən dəyərində korrupsiya halı aşkarlanıb

Ətəbati 2018-ci ildə vilayət üzrə aşkarlanan digər korrupsiya hallarına da toxunub. O ötən il müəyyən edilən korrupsiya hallarının 200 milyard tümən olduğunu açıqlıyıb.

Ətəbati təsbit edilən korrupsiya hallarının qanunsuz ərazi alışı, sələmçilik, yeyinti, vergidən yayınmaq kimi cinayətlərə şamil edildiyini vurğulayıb.

Qeyd edən ki, İrannın ədliyyə və hüquq sisteminə inamsızlıq dünya səviyyəsində ən aşağı səviyyədədir. Cəmiyyət də dövlətin həqiqətən korrupsiya ilə mübarizə apardığına şübhə ilə yanaşır.

Aznews.tv

 

Related Articles

Bir cavab yazın

Back to top button