Site icon Aznews TV

Ərdəbildə Abbas Lisaniyə dəstək plakatları asıldı

Üzərində “Tanınmış azərbaycanlı fəal Abbas Lasani təhlüksizlik təşkilatı, Ərdəbilin prokuroru və cümə imamının göstərişi ilə ağır fiziki vəziyyətinə baxmayaraq həbsdə saxlanılır. Ərdəbil Milli Hərəkatı Azərbaycan” yazılmış plakat vətəndaşların diqqətini cəlb edib.

Plakatın üzərində Abbas Lisaninin fotosu ilə yanaşı, siyasi məhbusa təzyiqlərdəki rollarına görə Ərdəbilin cümə imamı Həsən Amoli, Ərdəbil prokuroru Abdullah Təbatəbayi və İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin loqosu da təsvir olunub.

Qeyd edək ki, Abbas Lisaninin sağlamlıq durumunun pisləşməsi, bir neçə xəstəlikdən əziyyət çəkməsi və müalicə olunması ilə bağlı həkimlərin rəyinə baxmayaraq, onun tibbi məzuniyyətə buraxılmasına icazə verilmir.

Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Exit mobile version