Site icon Aznews TV

Ərdəbildə həbs edilən Arzu Xaliqinin talei barədə məlumat verilmir

Bundan öncə noyabrın 3-də Ərdəbil şəhərində təhlükəsizlik məmurları tərəfindən saxlanılan beynəlxalq hüquq üzrə mütəxəssis Arzu Xaliqinin talei barədə məlumat əldə etmək mümkün olmur.

Onun ailəsinin təhlükəsizlik və məhkəmə orqanlarına müraciətləri cavabsız qaldığı üçün, onların gənc hüquqşünasın həyatı barədə nigərançılıqlarının artmasına səbəb olub.

Hökumət orqanları Arzu Xaliqinin həbs səbəbi, nədə ittiham olunduğu barə və harada saxlanıldığı barədə açıqlama verməkdən boyun qaçırırlar.

Exit mobile version