Site icon Aznews TV

Ərdəbildə şiddətli quraqlıq hökm sürür

“Ərdəbildə su qaynaqları problemləri və böhranın araşdırılması” toplantısında çıxış edən Ə.Heydəri son illər əyalətdə istifadədə olan su bəndlərinin ehtiyatının 80% azaldığıını söyləyib.

Ərdəbil, Nir və Nəmin şəhərlərinin İran parlamentindəki nümayəndəsi Südeyf Bədri isə toplantıda çıxışı zamanı su böhranı və ondan çıxış yolları barədə danışaraq, yaxın vaxtlarda problemlə bağlı parlamentdə məsələ qaldıracağını bildirib.

Əyalətdə yarımçıq qalan dörd bəndin tikintisinin və su təmizləyici qurğuların tamamlanması üçün hökumətin vəsait ayırmasının vacibliyini vurğulayan millət vəkili bildirib ki, əks təqdirdə su təminatı sahəsində daha şiddətli böhran yaranacaq.

Eyd edək ki, Ərdəbil əyalətində 10 böyük, 42 kiçik su bəndi mövcuddur və hazırda onların toplam tutumunun yalnız 20%-ı su ilə doludur.

 

Exit mobile version