Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Ərdəbildə toz fırtınası tətillərə səbəb oldu

Güclü toz fırtınaları səbəbindən Ərdəbil əyalətində təhlükəli ekoloji vəziyyət elan edilib.

Ərdəbil əyalətinin Böhran İdarəetmə Qərargahıartının yaydığı bildirişə görə, martın 7-də əyalətin bütün məktəb və Universitetləri tətil olacaq.

Bununla yanaşı bir sıra dövlət idarələrinin də bağlı olacağı, vacib sahələrin, o cümlədən təcili tibbi yardım mərkəzlərinin isə gecikmə ilə işə başlayacaqları bildirilir.

Qeyd edək ki, martın 6-ı səhər saatlarından aşlayan güclü toz fırtınası əyalətin əksər bölgələrində həyatı iflic edib, nəqliyyatın hərəkətini məhdudlaşdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button