Site icon Aznews TV

Ərdəbildə yüzlərlə kəndin yolu bağlanıb

Ərdəbil əyalətinin Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsinin başçısı Kəlimullah Vusuqi mediaya verdiyi açıqlamada yüzlərlə kəndin yolunun bağlandığını, onların ətraf aləmdən təcrid olunduqlarını deyib.

Onun sözlərinə görə, son bir neçə gündə güclü qar və çovğun nəticəsində Ərdəbil əyalətində 1000 kəndin yolu bağlanıb.

Bir çox kənd yollarının açıldığını deyən Vusuqi hazırda 400 kəndin yolunu açmağın mümkün olmadığını deyib.

Qeyd edək ki. Ərdəbil əyalətində toplam 6374 km rabitə yollarının 208 km-i magistral, 726 km-i əsas yol, 702 km-i köməkçi, 4738 km-i kənd yollarıdır.

Qış aylarında yolların qardan təmizlənməsi və açılması üçün yetərli texnika olmadığı üçün yüzlərlə kənd ətraf aləmdən təcrid vəziyyətinə düşür.

Exit mobile version