Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Ərdəbilin millət vəkili mollalara ödənişlərin artırılmasını istəyir

Ərdəbil əyalətinin Xalxal və Kövsər şəhərlərindən İran parlamentinə təyin edilən nümayəndəsi Seyid Qəni Nəzəri parlament və dövlətin mollaların əməyini yetərincə dəyərləndirmədiyini iddia edib.

O, mollalara ödənişlərin artırılmasını istəyib.

“Cari ildə mollalar və dini mərkəzlərin büdcəsinin artırılması, siğorta və başqa imtiyazlarının qaydasına salınması ilə bağlı çalışmalarımızı artıracayıq. Məscidlərə ödənişlərin artılıması yolu ilə din xadimlərinin yaşayış səviyyələrinin yüksəldilməsi vacibdir”-deyə, nümayəndə bildirib.

Qeyd edək ki, Ərdəbil əyaləti İranda ən yoxsul əyalətlər siyahısındadır və işsizlik, yoxsulluq ucbatından bölgədən başqa şəhərlərə köç kəskin artıb.

2021-ci ilin dekabr ayının sonlarında Ərdəbil əyalətinin Qeydiyyat İdarəsinin başçısı Şəhram Rəsuli mediaya verdiyi açıqlamada iqtisadi problemlər ucbatından Ərdəbil əyalətində evlənmə hallarının azaldığını, boşanma hallarının isə kəskin artdığını deyib.

“Cari günəş ili ərzində əyalətdə 8758 nikah bağlanıb, 2268 boşanma qeydə alınıb. Boşanma hallarında ötən ilin eyni dövrünə nisbətdə azalma müşahidə olmasına baxmayaraq, bu yenə də olduqca yüksək rəqəmdir”-deyə, Qeydiyyat İdarəsinin başçısı bildirib.

Əyalət əhalisinin belə acınacaqlı durumda olduğu halda Xalxal və Kövsər şəhərlərinin nümayəndəsinin mollaların yaşayış səviyyəsinin qaldırılması ilə bağlı yeni təkliflər irəli sürməsi onun xalq tərəfindən deyil, blgə mollalarının istəyin ilə parlamentə düşməsindən xəbər verir.

Related Articles

Bir cavab yazın

Back to top button