Site icon Aznews TV

Ərdəbilli fəal Məhəmməd Yusifi həbs edilib

Yaxınlarının verdiyi məlumata görə, fevralın 20-i səhər saat 10-da Ərdəbil şəhərinin polis əməkdaşları onun yaşadığı mənzilə gediblər.

O, evdə olmadığı üçün anasından onun polisə müraciət etməsini istəyiblər.

Saat 11-də evə gələn Məhəmməd Yusifi saat 11-30-da polis bölməsinə gedib.

12:30 radələrində Ərdəbil məhkəməsinə aparılan Məhəmməd Yusifi saat 15 radələrində bir polkovnik və bir əsgərin müşayiəti ilə avtobusla Tehrana göndərilib.

Məhəmməd Yusifi gecə saat 23:30-da Tehranın Evin zindanına aparıldığı barədə anasına məlumat verib.

Fevralın 21-i səhər saat 08:00 radələrində yenidən anasına zəng edən Yusifi artıq Evin zindanına çatdıqlarını bildirib.

Onun hakimiyyətə qarşı təbliğatda ittiham edildiyi bildirilir.

Exit mobile version