Site icon Aznews TV

Ərdoğan: “14 mayda milli iradə bir daha özünü büruzə verəcək”

“İstanbulu dünyanın aparıcı maliyyə mərkəzlərindən birinə çevirdik. Ölkəmizin və dünyamızın ən prestijli layihəsini reallaşdırdıq. İstanbul Maliyyə Mərkəzi Türkiyənin dünya iqtisadiyyatındakı yerini gücləndirmək üçün uzaqgörən bir layihədir.

Bu mərkəz üç qitənin qovuşduğu yer olan İstanbulda yeni maliyyə ekosistemi yaradacaq”, – Ərdoğan söyləyib.

“Ümid edirəm ki, 14 mayda milli iradə bir daha özünü büruzə verəcək və sevimli millətimiz “Bismillah” deyərək Türkiyə əsrinə başlayacaq. Biz vəzifəyə başlayanda BVF-ə 23.5 milyard dollar borcumuz var idi.

2013-cü ildən sonra BVF ilə heç bir əlaqəmiz olmayıb”, – deyə o bildirib.

Exit mobile version