Site icon Aznews TV

Ərdoğan Füzuli hava limanının açılışında iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışında iştirak edəcək, bunu Türkiyə prezidentinin mətbuat dəbiri İbrahim Kalın müsahibəsində deyib.

“Qarabağın azad edilmiş torpaqlarında yenidənqurma işləri aparılır. Əgər siz il ərzində əldə edilən nəticəni görsəniz, sadəcə fəxr edərsiniz. Füzuli hava limanının tikintisinin başa çatması yaxınlaşır, tezliklə, o açılacaq. Prezident Ərdoğan da açılış mərasimində iştirak edəcək”, – deyə o bildirib

Exit mobile version