Site icon Aznews TV

Ərzaq məhsullarının qiyməti bahalaşıb

Ramazan ayının başlaması ilə yeyinti məhsullarının qiymətində artım olub. Bu hal ötən ilin eyni dövrüdə də qeydə alınıb. Şərqi Azərbaycanın Əsnaf Otağının araşdırmasına görə, son 8 ayda ərzaqların qiymətində artım var. Bu barədə Şərqi Azərbaycanın Əsnaf Otağının Yoxlama və Qiymətlərə Nəzarət Bölməsinin məsulu Həmid Həsənzadə bilgi verib. Onun açıqlamasına əsasən, ötən il dana ətinin 1 kiloqramı 80 min tümən olduğu halda, bu il məhsulun dəyəri 108 min tümənə yüksəlib. Həmin dövrdə qoyun ətinin 1 kiloqramı 92 min tümən olub. Hazırda qoyun ətinin kiloqramı 115-135 min tümən aralığında alıcılara təklif olunur. Toyuq ətinin 1 kiloqramı isə 15 min 750 tüməndən 24 min 900 tümənə yüksəlib.
Hübubatlardan ləpənin 1 kiloqramı ötən il 23-29 min tümən arası dəyişib. Hazırda həmin məhsulun qiyməti 34-37 min tümən aralığındadır. Mərcinin qiyməti 20-24 min tüməndən 30-32 min tümənə, noxudun qiyməti 13-15 min tüməndən 29-31 min 500 tümənə, qırmızı lobyanın qiyməti 23-25 min tüməndən 38-42 min tümənə qalxıb. Makaron məmulatlarının qiyməti yüzdə 10, bərk yağın satış qiyməti isə yüzdə 27.7 bahalaşıb. Hazırda bazarlarda İran düyüsünün 1 kiloqramı 33-48 min tümən arası dəyişir. 900 qramlıq paket süd 4000 tüməndən 4900 tümənə qədər bahalaşıb. Məlumata görə, Liqavan pendirinin kiloqramı isə 60 min tüməndən 85 min tümənə yüksəlib. Meyvə və xurmanın da qiymətlərində artım olduğu bildirilib.

Exit mobile version