Site icon Aznews TV

Əsəd İranı dəstəklədi

Suriya prezidenti Bəşər Əsəd İran parlamentinin spikerinin beynəlxalq məsələlər üzrə köməkçisi Hüseyn Əmir Abdullahianı ölkəsinin  ABŞ təhdidləri fonunda dəstəklədiyinə əmin edib.

Aznews.tv xəbər verir ki, Abdullahiani B.Əsədi İranın nüvə dosyesi məsələsi və öz maraqlarını qorumaq üçün atdığı addımlar barədə məlumatlandırıb.

Öz növbəsində B.Əsəd də növbəti dəfə  ölkəsinin İranı dəstəklədiyini bəyan edib.

Məlumata əsasən, tərəflər həmçinin iki ölkə arasında münasibətləri, terrorla mübarizə məsələlərini və bölgədəki vəziyyəti müzakirə ediblər.

Aznews.tv

Exit mobile version