Site icon Aznews TV

Əsədçilər və Rusiya Suriyanın şimal-qərbini bombalayır

Rusiyaya aid təyyarələr Suriyanın şimal-qərbində yerləşən deeskalasiya ərazisindəki yaşayış məntəqələrinə zərbələr endirib.

Aznews.tv xəbər verir ki, nəticədə 5 dinc sakin, o cümlədən iki uşaq həlak olub.

Eyni zamanda, Əsəd rejiminin orduları Əbu-Həbbə, Mərand, Nəciyə, Kəbbinə  məntəqələrini və bir yüksəkliyi artilleriya atəşinə tutub.

Rusiya təyyarələri isə, Kəfrənbil yaşayış məntəqəsinə, İdlibdəki Fəttirə, Dərkuş və Xas məntəqələrinə, Lazkiyədə isə Kəbbinə məntəqəsinə zərbələr endirib.

Aznews.tv

Exit mobile version