Site icon Aznews TV

Ətraf mühit və işçi hərəkatı fəalı İsmayıl Əhmədi prokurorluğa çağırıldı

Bu barədə milli fəala prokurorluğun elektron sistemi vasitəsilə çağırış mesajı göndərilib və ondan 5 gün ərzində prokurorluğun birinci bölməsinə getməsi istənilib.

Fəala qarşı “müqəddəsləri təhqir etmək”, “vətəndaşları ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətməyə təhrik etmək”, “müxalif qruplarla əlaqə”, “yalan məlumatlar yaymaq” və “İslam Respublikasına qarşı təbliğat” ittihamları irəli sürülüb.

Qeyd edək ki, İsmayıl Əhmədi 21 avqust tarixində həbs edilərək təcridxanaya köçürülüb və orada dindirildikdən sonra 24 avqustda 400 milyon tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

O, ətraf mühitin mədən istismarçıları tərəfindən məhv edilməsinə və işçilərin işdən qovulmalarına etiraz etdiyi üçün həbs edilib.

Exit mobile version