Azərbaycan

Ərdəbilli xanım velosipedçi 2365 km qət edib

Ərdəbilli xanım velosipedçi İranın 10 əyalətində 90 gün ərzində 2365 km məsafə qət etdikdən sonra yenidən Ərdəbil şəhərinə çatıb.

Ərdəbilli xanım velosipedçi İranın 10 əyalətində 90 gün ərzində 2365 km məsafə qət etdikdən sonra yenidən Ərdəbil şəhərinə çatıb.

Behnaz Hidayəti “sülh və dostluq” şüarı ilə başladığı 90 günlük velosiped turunu başa vuraraq dekabrın 27-də Ərdəbilə çatıb və əhali. Idmançılar tərəfindən qarşılanıb.

Hidayətin velosiped turundan məqsədinin bu idman sahəsinin inkişafına dəstək və ətraf mühitin qorunması mövzusuna məsulların və vətəndaşların diqqətini cəlb etməkdən ibarət olduğunu deyib.

34 yaşlı ərdəbilli velosipedçi Behnaz Hidayəti ingilis dili tərcüməçi, Ərdəbil Turizm Velosipedi Komitəsinin rəhbəri, velosiped idmanı üzrə təlimçi və tur bələdçisidir.

Related Articles

Bir cavab yazın

Back to top button