Azərbaycan

Bu gün Babəkin doğum günüdür

798- Babək Xürrəmi və ya Babək Xürrəmdin Güney azərbaycanın Ərdəbil şəhərinin Bilalabad kəndində 9-15 Tir ayı günlərində doğulub. Səmbolik olaraq hər il tir ayının 10- Bu sarsılmaz igidin ad günü kimi Güney Azərbaycan milli hərəkatının dəftərinə düşüb. Xilafətə qarşı 21 il partizani savaşda Babəkin belə asanlıqla uğurlar qazanmasında Azərbaycanı düşmən istilasından azad etmək arzusunda olan qəhrəman millətin böyük köməyi olub. Azrbaycanın milli qəhrəmanı və muqavimət siməgəsi Babək Xürrəmdin Kəleybərin yaxınlığında İndi öz adını daşıyan Babək və ya Bəz qalası mərkəzliyi ilə İllər boyu Abbasi xilafəti əleyhinə mübarizə aparıb. Məmun ardıcıl məğlubiyyətlərə məruz qaldı və hakimiyyəti itirmək qorxusu altında, siyasi paytaxtını dəyişib, 819-cu ildə paytaxtı Xorasandan Bağdada keçirir. Sonra Erməni əsilli Səhli-Sunbatın xəyanəti nəticəsində Afşinin əli ilə tutuqlanıb. “Təbəri tarixi”, İbn İshaq ən-Nədim-in “Əl-Fehristi”, Baqid ibn Əmr ət-Təmiminin “Babəkin tarixi” və bir çox mötəbər tarixçilər yazır: ” Afşin Babəki hilə ilə tutduqdan sonra, ona deyirki, gəl Xəlifənin beyətini qəbul et və xilafət bayrağı altında amanda qal “. Azadlıq savaşına rəhbərlik etmiş böyük eləcə də unudulmaz igidlərimiz Babək Xürrəmi, Afşinin cavabında deyir,” Mən illər boyu təcavüzkar xəlifəyə qarşı fədayilərimə xəyanət edə bilmərəm, And olsun yaradanımıza ki, Azərbaycanımı azad görməyincə qılıncımı qınına qoymaram. Babək əsir düşdükdə qardaşı ilə birlikdə xəlifə Nəhayət 838-ci il Dey ayının 18- janviyənin 7-i ilə bərabər İndiki İraq ölkəsinin, Səlahəddin bölgəsinin Samira şəhərində Azərbaycanın müstəqilliyi uğrunda Xəlifə Mötəsimin əmri ilə Şaqqalanaraq şəhid edilib.

Güney Azərbaycanın milli hərəkatı 1370-ci ilin sonlarından Babək qalası törənində milli haqlarımızı səsləndirməyə başlayıb. Bu toplantının ən güclüsü 1382-ci ildə baş tutub.

Related Articles

Bir cavab yazın

Back to top button