İran

Azərbaycan Mərkəz Partiyası İranın Güney Azərbaycan fəallarına qarşı qanunsuz davranışlarını qınadı

Azərbaycan Mərkəz Partiyası İranın Güney Azərbaycan fəallarına qarşı qanunsuz davranışlarını qınayıb. Belə ki, partiya bu barədə “Cənab Abbas Lisaniyə 15 il Həbs Hökmü” başlığı ilə bəyanat yayıb.
Bəyanatda bildirilir ki, İranın Ali Məhkəməsi cənab Abbas Lisaniyə qarşı ədalətsiz hökm çıxarıb. 2020-ci il iyun ayının 4-də çıxarılan hökmə əsasən, A. Lisani 15 ilədək həbsə məhkum edilib.
Partiya bəyanatında İranda “müstəqil məhkəmə hakimiyyətinin olmadığını” vurğulayaraq, fəallara qarşı geniş basqı və ədalətsizliklərə etirazını bildirib.
Habelə, məhkəmə hakimiyyətinin İran dövlətinin maraqlarına uyğun davrandığı və azərbaycanlıların “insan haqlarının” pozulduğu vurğulanıb.
Bəyanatın sonunda deyilir: “cənab Abbas Lisani indiyədək heç bir tərəfsiz məhkəmədə mühakimə olunmayıb. Ona qarşı çıxarılmış hökmlər sübutsuz və qanunsuzdur. Həmçinin, hakimlərin dövlətə bağlı olduğu təsiri və nəticəsi olaraq çıxarılıb.”Bildirək ki, A.Lisani İranın rasist dövləti tərəfindən tutuqlanıb və həbslərə məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button