Ekspertlər quraqlıqla yanaşı, gölə axan çayların üzərində həddindən artıq bəndlərin tikilməsi, gölün ortasından keçən körpünün tikilməsi, şimal və cənub bölgələrinin su cərəyanının durdurulması və gölün ətrafında kənd təsərrüfatı məhsullarının əkininə nəzarətin olmamasını Urmiya gölünün qurumasının əsas səbəbləri olaraq dəyərləndirirlər.