İran

Qərbi Azərbaycan kəndlərində su qıtlığı yaşanır

Qərbi Azərbaycan kəndlərində su qıtlığı yaşanır. Belə ki, Urmu gölünün ehyası ilə ilgili projələrin düzgün icra olunmaması su çatışmazlığına gətirib çıxarıb. Nəticədə kənd sakinləri başqa bölgələrə üz tutmaq zorunda qalıblar. Bu müşkül özəlliklə Sayın Qala və Tikan Təpə vilayətlərinin kəndlərində etirazlara səbəb olub. Sakinlər deyirlər ki, Urmu gölü sürətlə quruduğundan əkin sahələrinin suvarılması da çətinləşib. Məlumata görə, artıq 100-dən çox ailə Sayın Qala vilayətinin kəndləridən köçüblər.
Məsələyə Yaşam Çevrəsini Qoruma Təşkilatının Tozanaqla Milli Mübarizə Sitadının müdiri Məhəmməd Təhmasibi Birqani də münasibət bildirib. O, çatışmazlığın yağıntı miqdarının azlığı ilə ilgili olduğunu açıqlayıb.

 

Related Articles

Bir cavab yazın

Back to top button