İran

​​Taliban İrana etiraz edib

İran hökumətinin bu ölkədə yaşayan əfqanıstanlı qaçqınlara qarşı təzyiqləri Talibanın etirazına səbəb olub.

Kabilin valisi Məhəmməd Qasim Xalid Tehran hökumətinə xəbərdarlıq edib.

O, İran hökumətinin müsəlmanlara qarşı İsraildən daha qəddar davrandığını deyib.

Xalid İran və Pakistan vətəndaşlarına çağırış edərək onlardan əfqanıstanlılara qarşı zülmlərə görə Tehran və İslamabada təzyiq göstərmələrini istəyib.

Qeyd edək ki, xüsusilə son vaxtlar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.

Son günlər İranın bir neçə şəhərində əfqanıstanlı qaçqınların evlərinə hücumlar edilib, onların ölkədən çıxması üçün təzyiq göstərilib.

İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub.

Bir müddət əvvəl İran-Əfqanıstan sərhədində 11 əfqanıstanlı öldürülüb, son bir il ərzində isə İranda öldürülən 470 əfqanıstanlının meyiti vətənlərinə göndərilib.

Related Articles

Bir cavab yazın

Back to top button