İran

Əhvazda siyasi məhbusların saxlanıldığı palataya hücum edilib

Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərinin "Şeyban" həbsxanasında hökumətin xüsusi qüvvələri siyasi məhbusların saxlanıldığı palataya hücum edib.

Bu barədə insan haqları təşkilatı “Karun” məlumat yayıb.

Siyasi məhbusların saxlanıldığı 5-ci bölmədə axtarış aparıldığı, məhbusların dğyüldüyü və onlara məxsus şəxsi əşyaların dağıdıldığı bildirilib.

Hüquq müdafiəçiləri hücumun həbsxana rəhbəri Məhəmməd Niyazinin göstərişi ilə edildiyini deyiblər.

Qeyd edək ki, Əhvaz şəhərinin 12 kilometrliyində yerləşən Şeyban həbsxanasının 3500 nəfər tutumu olsa da, orada 5 min məhbus saxlanılır.

Bu həbsxana ağır şərayiti və məhbusların acınacaqlı vəziyyətdə saxlanılmasına görə İranın ən qorxulu həbsxanalarından biri hesab edilir.

Related Articles

Bir cavab yazın

Back to top button