Azərbaycan

Urmu gölü ilə bağlı həyəcanlı açıqlama: “Regionun ən böyük toz mərkəzidir”

Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Həsən Abbasnejad mediaya verdiyi açıqlamada Urmu gölünün bölgənin ən böyük toz mərkəzi olduğunu bildirib.

O, bunun həlli üçün təcili tədbirlər görülməsinin vacibliyini deyib.

O, xüsusilə gölün quruması nəticəsində sahil zolaqlarında olan acınacaqlı durumun duz fırtınalarının baş verməsində əhəmiyyətli rol oynadığını və bunun qarşısının alınması məqsədilə Ətraf Mühitin Mühafizəsi İdarəsi ilıə Təbriz Universiteti arasında ortaq çalışma və fəaliyyətlərin başlanıldığınısöyləyib.

Həsən Abbasnejad Urmu gölü ətrafında mövcud olan 25 gölməçənin, özəlliklə “Qaraqışlaq” gölünün ekoloji durumlarının yaxşı olmadığını qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button