Azərbaycan

Güneyli uşağa 15 aydan sonra türkcə şəxsiyyət vəsiqəsi verilib

İranın Qeydiyyat İdarəsinin təbrizli uşağa adının Sevgi olduğu üçün şəxsiyyət vəsiqəsi verməkdən imtina etməsindən 15 ay sonra, azərbaycanlı valideynlərin mübarizəsi nəticəsində Sevgi adı ilə sənəd almaq mümkün olub.

“Aznews tv”nın xəbərinə görə, Sevginin anası Rəna Balar bu barədə özünün sosial media hesabında paylaşım edib. Daha öncə Sevginin atası da sosial mediada paylaşımlar edərək məsələni ictimailəşdirib və Qeydiyyat İdarəsinin türk adına şəxsiyyət vəsiqəsi verməməsinə etiraz etmişdi.

Qeyd edək ki, İranın Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik sənədi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.

Related Articles

Bir cavab yazın

Back to top button