Azərbaycanİran

Təbrizin simvolu dağılır

14-cü əsrdə inşa edilən və Təbrizin simvolu sayılan tarixi Ərk qalası yenidən dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu barədə Təbriz Şəhər Şurasının üzvü Ruhullah Rəşidi xəbərdarlıq edib.

Onun sözlərinə görə, tarixi abidənin cənub hissəsində yeraltı avtomobil dayanacağının inşasına qərar verilib: “Tikintisi nəzərdə tutulan 200 avtomobillik yeraltı parkinq şəhərin trafik probleminin həllinə heç bir müsbət təsir göstərməyəcək, dayanacaq yalnız xüsusi bir qrupun istifadəsi üçün inşa edilir”.

Sözügedən hal molla rejiminin hakimiyyətə gəlməsindən sonra Ərk qalasına qarşı ikinci qəsd sayılır. Bundan əvvəl, 1981-ci ildə cümə namazı mərasimlərinin icrası üçün tarixi abidənin çox hissəsi partlayıcı maddələr və buldozerlər vasitəsilə dağıdılmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button