İran

İranda əhali maye yağ qıtlığı ilə üzləşib

İranın bir çox şəhərlərində, eləcə də Azərbaycan şəhərləri Qəzvin, Həmədan, Urmu, Təbriz və Zənganda əhali maye yağ qıtlığı ilə üzləşib. Belə ki, sözügedən bölgələrin sakinləri maye yağ almaq üçün saatlarla növbədə durmalı olurlar. Məsələ ilə bağlı ictimai şəbələrdə çoxsaylı xəbər və videolar yayınlanıb.
Qərbi Azərbaycanın Sənaye, Mədən və Ticarət Təşkilatının başqanı Qulamriza Babaei bu barədə açıqlama verib. O, son bir neçə gündə Urmudakı tərəvəz paylama mağazasının anbarına basqın edən vətəndaşların videosunun yayılmasına da diqqət çəkib. Təşkilat rəsmisinin sözlərinə görə, problemin başlıca səbəbi bitki yağı tədarük edən bəzi şirkətlər tərəfindən məhsulun paylanılmamasıdır. Qulamriza Babaei əyalətə lazım olan nəftin verilməsindəki problemə də aydınlıq gətirib. O deyib ki, vilayətin güney şəhərlərində istehlakı artıran qatı yağın istifadə edilməsi mövcud çətinliyin yaranmasına səbəb olub.
İranda fəaliyyət göstərən xəbər ajanslarının jurnalistləri isə iddia edirlər ki, hazırda Qərbi Azərbaycanın bütün şəbəkə mağazalarında bitki yağı paylanılır.

Related Articles

Bir cavab yazın

Back to top button