İran

Amerika daha iki İran rəsmisini qara siyahıya salıb

Amerika keçmiş FBI məmuru Robert Levinsonun itkin düşməsində iştirakda günahlandırılan iki İran məqamını qara listəyə salıb.
Robert Levinson 13 il öncə 2006-cı ilin qışında Dubaydan İranın Kiş adasına səfər edib, daha sonra isə itkin düşüb. Amerikanın Xarici İşlər Vəzirliyi onun tapılmasına səbəb olacaq bilgilər üçün 20 milyon dollar padaş təyin edib.
“Reuters”in məlumatına görə, Amerika məqamları bazar ertəsi günü İranın İttilaat Vəzirliyinin məqamlarından olan Məhəmməd Baseri və Əhməd Xazayinin təhrim edildiklərini açıqlayıb. Habelə bu iki şəxsin ictimaiyyət tərəfindən tanınmasının Levinson haqqında daha çox bilgilərə səbəb olacağı vurğulanıb.
Amerikanın Xəzanədarlıq vəziri Stiven Manuçin yaydığı açıqlamada məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Levinsonun İranda qaçırılması İran rejiminin ədalətsiz addımlara əl atmağa hazır olmasının aşkar nümunəsidir.
Bu yeni təhrim nəticəsində iki şəxsin Amerikanın səlahiyyət alanındakı bütün varlıqları dondurulub və Amerika vətəndaşlarının həmin iki şəxslə qarşılıqlı fəaliyyət göstərməsi tamamilə qadağan edilib.

Related Articles

Bir cavab yazın

Back to top button